İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstanda \”Xorasan vilayəti\” olaraq təşkilatlanan İŞİD-ə bağlı qruplar uzun zamandır döyüşdükləri Əfqan Talibanı və onları dəstəkləyənləri İslam və şəriət düşməni elan etdi. Təşkilatın saytında yayımlanan videoda özünü \”Xorasan Vilayəti\” komandirlərindən Əbu Yasir əl-Əfqani olaraq tanıdan nəfər Əfqan Talibanının azğın, İslam və şəriət düşməni olduğunu deyərək Talibanın Pakistan kəşfiyyat təşkilatının İŞİD-ə və din düşmənlərinə xidmət etdiyini iddia edib.
İnterpress.az