İnterpress.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın ilhaq etdiyi Ukraynanın Krım Muxtar Vilayətinin mərkəzi Simferopoldeki Rusiya tərəfdarı bələdiyyə, şəhər mərkəzindəki Türk prospektinin (Ulitsa Turetskaya) adını dəyişdirməyə hazırlaşır.
Simferopolda (Akmescit) Bələdiyyə Sədri Qennadi Baxaryev, \”Krım Rus İcması\” adlı təşkilatın Türk prospektinin adının dəyişdirilərək bu küçəyə, keçən həftə vurulan Rus \”SU-24\” təyyarəsinin ölən pilotu Oleq Peşkovun adının verilməsini təklif etdiyini deyib.
Özünün də, bu təklifi araşdıraraq münasib gördüyünü bildirən Baxaryev, Bələdiyyə Məclisində lazım olan qərarın alınmasının ardından prospektinin adının Oleq Peşkov Prospekti olaraq dəyişəcəyini dilə gətirdi.
İnterpress.az