“Günəşli” platformasının keçmiş işçisi İnterpress.az-a dəhşətli faktlar açıqlayıb. Sən demə, bu platformada 3 ay öncə daha dəhşətli yanğın olub. Lakin bu yanğını mediadan gizlədiblər. Keçmiş neftçi yanğının videosunu da saytımıza göndərib: “Bu videogörüntü Günəşli yatağındakı hazırki yanğının görüntüsü deyil, 3 ay əvvəl həmin yataqda baş verən yanğının görüntüsüdür. 3 ay öncə “Günəşli” platformasında 8 blok yanırdı. Amma o zaman bu yanğın mətbuatdan ciddi-cəhdlə gizlədildi. Sadəcə o zaman hava şəraiti yaxşı olduğundan insan təlafatı olmadı”.
Oxucumuz iddia edir ki, gizlədilən yanğının səbəbi də laqeyidlik olub: “Qazma quyusu qəfil açıq fontana keçdi. Bu isə təhlukəsizlik işlərinin düzgün aparılmaması ucbatından baş verirdi. Avadanlıqların ağzını bağlayarkən xeyli yanlışlığa yol verilmişdi. Düzgün tətbiq edə bilməmişdilər. Çünki işəgötürmə zamanı işçinin qabiliyyəti əsas götrülmür. 15000 rüşvət verib işə düzəlirsən ki, ayda 800-900 manat maaş ala biləsən”.
Bizə video göndərən oxucumuz deyir ki, 3 ay bundan qabaq baş verən yanğının səbəbi kimi kadr seçimindəki özbaşınalıq və korrupsiya hallarından danışdı. Sən demə, bu gün Azərbaycan Dövlət Neft Şirkətində işə götürmələr zamanı əsas meyar ancaq və ancaq rüşvət olur. Oxucumuzun göndərdiyi videogörüntünü olduğu kimi təqdim edirik.
Qeyd: Bu məlumat oxucumuzun iddialarıdır. Faktla bağlı ARDNŞ-nin mövqeyini də yayımlamağa hazırıq.
Abuzər
İnterpress.az