AXCP sədrinin müavini prokurorluğa aparıldıbackend

AXCP sədrinin müavini prokurorluğa aparıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Azadlıq” qəzetinə AXCP-dən xəbər veriblər.

Məlumatda deyilir ki, F.Qəhrəmanlını zəng vurub, şifahi şəkildə İdarəyə çağırıblar. O, hansı iş üzrə və hansı statusla dəvət edildiyini öyrənmək istəyib, amma cavab ala bilməyib. Bundan sonra o, rəsmi dəvət – çağırış vərəqəsi göndərilməsini istəyib. Lakin bir müddət keçdikdən sonra polis əməkdaşları onun yaşadığı evə gələrək F.Qəhrəmanlını özləri ilə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar.

Hazırda F.Qəhrəmanlının mobil telefonu bağlı göstərir və ondan heç bir xəbər yoxdur.

İnterpress.az