Dollar ucuzlaşıb, avro bahalaşıbbackend

Dollar ucuzlaşıb, avro bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 9-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 8-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0496 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0066 manat və ya 0,58% artaraq 1,1387 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0152 manat səviyyəsində qərarlaşıb.

İnterpress.az