İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, MHP-nin sədri Dövlət Bağçalı qrup toplantısında bəyanatlar verdi. Prezidentlik sisteminə qarşı çıxan Bağçalı \”Türkiyənin əsas gündəmi rəhbərlik deyil və Ərdoğan da prezidentlik xəyalı görməsin\” – dedi. Rusiyanın Ərdoğanın ailəsiylə bağlı ortaya atdığı iddialar üçün sərt çıxış edən Bağçalı, \”MHP Moskvadan dəlilsiz, sübutsuz hücumlar üzərindən siyasət yürütməz, Ərdoğan və ailəsini neft qaçaqmalçısı olaraq görməyimiz əşyanın təbiətinə ziddir\” – dedi.
Interpress.az