ABŞ: İran BMT qətnamələrini pozubbackend

ABŞ: İran BMT qətnamələrini pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adının açıqlanmamasını istəyən ABŞ rəsmilərinin mediaya verdiyi məlumata görə, raket sınağı noyabrın 21-də keçirilib və raket İran ərazisində hərəkət edib.
“Fox xəbər agentliyi” kəşfiyyat məlumatlarına əsasən, raket sınağının İranın Pakistanla sərhədinə yaxın liman şəhəri Çabahar yaxınlığında keçirildiyi haqda məlumat verib.
İranın oktyabr ayında uzun mənzilli raket sınağı keçirməsi BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qınanmışdı. Təhlükəsizlk Şurası raket sınağının keçirilməsinə hansı cavabın verilməsi ilə bağlı hələ də müzakirələr aparır.
Əvvəlki raket sınağından sonra Ağ Ev Tehranın \”Təhlükəsizlik Şurasının İranın ballistik raket fəaliyyətləri ilə əlaqədar qətnamələrinin pozduğuna dair ciddi işarələrin\” olduğunu bildirmişdi.
Bununla belə, Ağ Evin Coş Ernest deyib ki, bu pozuntu halları İran və dünya qüdrətləri arasında əldə edilmiş tarixi nüvə razılaşmasından \”tamamilə fərqli\”dir.

Interpress.az