İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiyə Nazirlinin Baş Qərargahının İdarə rəisi Sergey Rudskoy Türkiyənin İŞİD-dən neft alması haqda prezident Vladimir Putinin ittihamlarını sübut etmək üçün jurnalistlərə foto və video sübutlar təqdim etmişdi.
Rusiya mətbuatında tirajlanan məlumata görə, peyk vasitəsilə çəkilən həmin foto şəkillərin 14.11.2015-ci il tarixində şəkildiyi iddia olunub. Həmin şəkillərdə 3000-dən artıq benzindaşıyan maşınların və furalaların dayanacaqları əks olunub. Kremlin iddiasına görə, bu maşınlar Türkiyənin İŞİD-dən aldıqları nefti daşımaq üçün bu dayanacaqlarda dayanıblar. Rusiyanın İnformNapalm cəmiyyəti bu fotoşəkilləri araşdırıb və gülməli nəticələr ortaya çıxıb.
İnformNapalm cəmiyyətinin təhlilçiləri GoogleEarth vasitəsilə bu şəkillərdə əks olunan dayanacaq yerlərini tapıb araşdıraraq, ortaya çıxarıblar ki, Rusiya ordusunun Baş Qərargahının təqdim etdiyi fotoşəkillər 15.12.2004-cü il tarixində çəkilib (bunun üçün proqramdakı “şəkillərin tarixi” funksiyasından istifadə olunub). Təşkilat həmçinin şəkillərdə əks olunan ərazinin dəqiq kosmik kordinatlarını da göstərməklə, bu şəkillərin 2004-cü ilə aid olduğunu sübut ediblər.
Araşdırmaçılar vurğulayır ki, İŞİD 2013-cü ildə yaradıldığı üçün bundan 11 il əvvəl çəkilən peyk şəkillərinin Ərdoğanın İŞİD-lə əlaqələrinin sübutu kimi təqdim olunması – ağ yalandır.
Xatırladaq ki, Putin Ərdoğanı İŞİD-dən neft alıb terrorçuları maliyyələşdirməkdə ittiham etmişdi. Ərdoğanın cavabı belə olmuşdu: “Sübut etsən istefa verərəm, sübut edə bilməsən, özün istefa ver”.
Interpress.az