İŞİD Əfqanıstanda  qonşumuz  Pakistanın  layihəsidirbackend

İŞİD Əfqanıstanda qonşumuz Pakistanın layihəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstanın şərqində yerləşən dağlıq ərazidə basdırılmış bir minanın partlaması nəticəsində, Əfqanıstanda terror aktları həyata keçirən İŞİD terror təşkilatının bir yaraqlısı ölüb.
Onun qayalıqlar arasında olan cəsədini Əfqan hərbçiləri tapıb. Ölü İŞİD yaraqlısının üzərində axtarış aparan Əfqan hərbçiləri, onun cibindən Urdu(Pakistanın rəsmi dili) dilində yazılan bir məktub tapıblar. Məktubda bu sətirlər yer alıb: “Hörmətli şeyx İdris Sahib! Allah sizi hifz etsin! Əgər sizdə döyüş qəniməti olan silahlar varsa, o zaman Pakistandakı İŞİD təşkilatı ilə əlaqə saxlayın. Onlar sizdən Kalaşnikov avtomatları və digər silahları almaq istəyirlər. Mən, sizin onlarla əməkdaşlıq edəcəyinizə ümid edirəm.”

İŞİD Əfqanıstanda  qonşumuz  Pakistanın  layihəsidir

İnterpress.az