“Ukraynalıların onu əsir götürəcəyindən” qorxan kişi bankda boğazını kəsib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Hadisə Mahaçqaladakı ticarət mərkəzinin yaxınlığında baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, kişi bank ofisinin qapısında dayanaraq bıçaqla boynunu kəsməyə başlayıb.
Onun ətrafına çoxlu insan toplaşıb. Yerli sakinlərin sözlərinə görə, kişi Ukraynadan müharibədən qayıdıb.
Bankda o, oğluna zəng etməyi xahiş edib, qışqırıb və “Ukraynalıların onu əsir aparacaqlarından” qorxub.
Mətbuatda yayılan məlumata görə, həmin şəxsin adı Rəsuldur, həqiqətən də müharibədə iştirak edib. Hazırda o, xəstəxanaya aparılıb.
Xuraman Etibarlı
İnterpress.az