Bataklana hücum edən üçüncü şəxs “müəyyənləşib”backend

Bataklana hücum edən üçüncü şəxs “müəyyənləşib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ay Parisdə silsilə hücumlar nəticəsində Bataklanda 90 nəfər həyatını itirib.
Polis mənbələrinə istinadən həmin şəxsin Strasburqdan olan 23 yaşlı Fuad Mohammed-Aqqad olduğunu bildirib.
Məlumata görə, o, 2013-cü ildə bir qrup radikallaşmış gənclə birlikdə Suriyaya səfər edib.
Qrup üzvlərindən bir neçəsi daha sonra Fransaya qayıdarkən həbs edilib.
Konsert zalında özünü partlatmış digər iki fransalının isə 29 yaşlı Omar İsmail Mostefai və 28 yaşlı Samy Amimour olduğu deyilir.
Bataklan konsert zalına ABŞ-ın “Eagles of Death Metal” rok qrupunun çıxışı zamanı hücum edilib.

İnterpress.az