Zərərçəkənin yaxınlarının verdikləri məlumata görə, qarşı tərəfin atdığı mərmilərdən biri Sadıqovların həyətinə düşüb. Bu zaman həyətdə olan T.Sadıqov əlindən yaralanıb. Yaralı Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Əməliyyat olunan T.Sadıqovun vəziyyətini həkimlər kafi qiymətləndirirlər.
Qeyd edək ki, Ermənistan ordusu son günlər fəallaşaraq daha çox iriçaplı silahlardan yaşayış məntəqələrini atəşə tutur.(karabakhmedia.az)
İnterpress.az