İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, “Azəri xalqının əzəldən öz siyasi quruluşunu və ölkəsini seçmək haqqı var,” deyə Roharabaker bildirib. “Bu məsələ Vaşinqtondakı bürokratların yaxud İrandakı molla diktaturasının öhdəsinə buraxılmamalıdır.
Azərbaycandakı etnik azərilərin suverenliyi və müstəqilliyi var. İranda yaşayan azəri əhalisinin eyni seçimi edə bilməməsinə heç bir əsas yoxdur. Bu prinsip İranda yaşayan bütün xalqlara şamil olunmalıdır.”
Konqresmen Rohrabaker dövlət katibi Hillari Klintona əvvəl yazdığı məktubda Azərbaycan yurdunun 1828-ci ildə azərilərin razılığı olmadan Rusiya və İran imperiyaları arasında bölüşdürülüdüyünü bildirmişdi. Azərbaycan parlamentində cərəyan edən müzakirələrdən ilham alan konqresmen Rohrabaker deyib ki, onun təqdim etdiyi qətnamə Birləşmiş Ştatları azərilər və İranda yaşayan başqa xaqlarla çiyin-çiyinə qoyur.
“Əgər camaat İrandakı molla diktaturası tərəfindən idarə olunmaq istəmirsə, biz onların öz gələcəklərini referendum yolu ilə həll etməsini dəstəkləməliyik. Mən narazıyam ki, Dövlət Departamenti və Tehran azəri çoxluğun iradəsinə zidd çıxaraq İrandakı insanların eyni sərhədlər daxilində və vahid yurisdiksiya altında yaşamasına razılaşırlar. Mən İran hökumətini azəri əhalisinin öz gələcək dövlətini müəyyən etməsinə imkan vermək üçün referendum keçirməyə çağırıram.”