Cumhuriyyətin qurucularından olan babasının adını daşıyan nəvəsi Nəsib bəy İzmirdə yaşayırdı. Əczaxanada calışan bacısı Şaika xanımın dediyinə görə, onun hər hansı xəstəliyi olmayıb.
Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci il may ayının 28-dən1919-cu ilin martına kimi maarif naziri,1919-cu ilin martından 1920-ci ilin martına kimi Baş Nazir, eləcə də Daxili İşlər Naziri (16 iyun 1919 – 22 dekabr 1919) işləmişdir. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün Bakını tərk etmiş, lakin 31 may1920-ci ildə yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilmişdir.
İnterpress.az