İŞİD liderini görün, kim hədələdibackend

İŞİD liderini görün, kim hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli.Az Sick Chirpse-ə istinadən bildirir ki, \”El Çapo\” (\”Tösmərək\”) ləqəbli narkobaron İŞİD-i narkotik maddələr partiyasını məhv etdiyinə görə hədələyib.

\”Sinaloa\” kartelinin başçısı \”El Çapo\” İŞİD-in liderinə yolladığı məktubunda yazıb: \”Sizdən çox narazıyam. Kartelimizin Yaxın Şərqdəki biznesinə qarışmağınız, müdaxilə etməyiniz çox ciddi səhvdir. Əgər əməliyyatlarımıza bundan sonra da burnunuzu soxsanız, adamlarım sizdən borclarını alacaq, inadkarlıq göstərsəniz, məhv edəcəklər\”.
\”El Çapo\” iyulun 12-də Meksikada saxlandığı həbsxanadan qaçıb. \”Sinaloa\” kartelinin mafiozları bunun üçün 10 metr dərinliyində, 1,5 km uzunluğunda tunel qazmışdılar.

İŞİD liderini görün, kim hədələdi

İyulun 14-də Meksikanın hakimiyyət dairələri \”El Çapo\”nun tutulmasına yardım edəcək məlumatı verəcək adama 4 milyon dollar vəd ediblər.
\”Sinaloa\” Meksikanın ən böyük narkokartellərindən biridir. ABŞ-a aparılan narkotik maddələrin 1/3 hissəsinə bu kartel nəzarət edir.

İnterpress.az