Məktubda deyilir:
“Hörmətli Prezident, əziz qardaşım, dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi. Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.
Interpress.az