17 dekabr-Dünyanın Bethoven Günü-VİDEObackend

17 dekabr-Dünyanın Bethoven Günü-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynayıb.
Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olub. Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilmir.
Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərləri naşirlərə satır. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaradan, heç vaxt saray və ya kilsədə işləməyən bu adamın üsyankar xarakteri elə musiqisi qədər möhtəşəm olub.

Abuzər
İnterpress.az