“Sahibkarlar acgöz məmurların məngənəsində boğulur və əzilir”backend

“Sahibkarlar acgöz məmurların məngənəsində boğulur və əzilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

O qeyd edib ki, “Lisenziyalar və icazələr haqqında” yeni qanun layihəsinin hazırlanması isə bu halların qarşısını almaq üçün mühim bir addımdır. Qanun layihəsi Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim dilib.

“Bu gün potensial sahibkarların xeyli hissəsi məhv olmuş vəziyyətə düşüb. Buna görə Prezident məsələni sərt formada qaldırıb ki, bu sahədə olan bütün çatışmazlıqlar ardan qalxsın. “Lisenziyalar və icazələr haqqında” yeni qanun layihəsi çatışmazlıqların aradan qaldırlmasına yönəlib. Buna görə bir neçə istiqamətləri də gücləndirməyə ehtiyac var. Prioritetlər müəyyənləşdirilməli və bu gün Azərbaycana hava və su kimi lazım olan sahələrin qarşısında duran maneələr aradan qaldırılmalıdır. Lisenziyalaşma işi asanlaşdırılmalıdır ki, sahibkar çox qazansın və yüksək səviyyədə vergi versin.

Həmin vergi büdcəni inkişaf etdirsin və başqa mühim sahələrə vəsait ayrılsın. Şəffaflığın təmin edilməsi şərtilə bu istiqamətdə ASAN Xidmətinin işinin genişləndirilməsi lazımdır. XXI əsrin ruhuna uyğun olaraq lisenzilaşma işləri elektron hökumətin tərkib hissəsinə çevrilməlidir. Bir sıra istiqamətlər kabinetdə oturmaqla həll olunma səviyyəsində olmalıdır”.

Deputat eyni zamanda ölkəmizdə sahibkarlığın inkişafına mane olanları da sərt tənqid edib. “Azərbaycanda sahibkarlığın inkişafı üçün böyük şərait var. Bütün məmurlara aid etmirəm, ancaq sahibkarlar acgöz məmurun məngənəsində boğulur və əzilir. Ona görə də öz potensialında maksimum istifadə etmir. Bu qanunun başqa qanunlarla koordinasiyasına fikir vermək lazımdır. Lisenziyalaşma sahəsində olan bütün sui-istifadə halları sərt şəkildə cəzalandırılmalıdır”.(modern)

İnterpress.az