Yanğın söndürülüb yoxsa söndürülməyib? “Günəşli”dəki yanğın müamması-FOTOFAKTbackend

Yanğın söndürülüb yoxsa söndürülməyib? “Günəşli”dəki yanğın müamması-FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan daha ağır zərbə isə qəza zamanı həyatını faciəli şəkildə itirən işçilərin xəbərini almağımız oldu. Üzərindən iki həftə vaxt keçməsinə baxmayaraq dünən söndürüldüyü deyilən alov meyitləri tapılmayan insanların ailəsinə şıcrayıb. Neft şirkətinin nümayəndələrinin media qarşısında kövrəlməsi və göz yaşları axıtması da bu açını və evlərə düşən atəşı söndürə bilməz. İki həftə davam edən yanğın həm də mediaya material oldu. \”“Günəşli\”dən son vəziyyət”, “Alov indi söndürüldü, bu dəqiqə söndürüləcək”, “Helikopterlər getdi, gəmilər gəldi” kimi və buna bənzər başlıqlarla oxucuları da həyəcanda saxladıq.

Nəhayət, dünən isə aidiyyatlı qurumlar yanğının birdəfəlik söndürüldüyü barədə xəbər verdilər. Lakin bu xəbərlərdən sonra İnterpress.az-a dünən gecə hadisə yerindən göndərilən fotolar bunun tam əksini göstərdi. Hadisə yerinin lap yaxınlığından çəkildiyi iddia edilən fotodan da aydın olur ki, “Günəşli” platformasındakı yanğın hələ də söndürülməyib. Yanğın əvvəlki kimi şiddətli olmasa da hələ də davam etdiyi şəkildən görülür. Əgər iddia doğrudursa o zaman neft şirkəti nədən yanğının sondürülməsi ilə bağlı açıqlama verdi? Bu və bu kimi bir çox suallarla SOCAR-in mətbuat katibi Nizaməddin Quliyevlə iki fərqli nömrələrlə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı.

Yanğın söndürülüb yoxsa söndürülməyib? “Günəşli”dəki yanğın müamması-FOTOFAKT

Qeyd: Bu fotofaktı bizə adını çəkməyimizi istəməyən işçilərdən biri göndərib və mənbə iddia edir ki, bu şəkil dünən, yəni 17.12.2015 tarixində gecə saatlarında çəkilib. Məsələ ilə bağlı ARDNŞ-in cavabı və ya açıqlaması varsa, bizə təqdim edəcəyi faktları yayımlamağa hazırıq.

Abuzər
İnterpress.az