Kanada papadan üzr tələb edəcək-Öldürülən uşaqlara görəbackend

Kanada papadan üzr tələb edəcək-Öldürülən uşaqlara görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kanadanın Həqiqət və Uzlaşma Komissiyasının təqdim etdiyi növbəti hesabatında bu qaranlıq tarixin bütün acıları yer alıb:
“1840-1996-ci illər arasında Kanadada fəaliyyətdə olan internat kilsə məktəblərində 5 min 995 uşaq həyatını itirib. İlki 1840-ci ildə Qərb Kanadada açılan internat kilsə məktəblərində dəfələrlə yanğın hadisəsi baş verib. Bu yanğınlarda 40 uşağın yanaraq öldüyü iddia edilən 6 cildlik komissiya hesabatında, “OXUDULACAQ” deyə, ata-anasının əllərindən zorla alınan minlərlə uşaq səbəbsiz yerə öldürüldükdən sonra adsız məzarlarda, xəlvətcə dəfn edilib”.

Qeyd edək ki, 1800-cü ildən başlayaraq, 1900- cü ilə qədər Qərbi Kanada da yerli əhalini öz dini inancından döndərərək, katolikləşdirmək məqsədi ilə 7-15 yaş arasında bütün uşaqlar zorla valideyinlərinin əlindən alaraq, katolik kilsələrində açılmış kilsə-internat evlərinə verilirdi. Uşaqlar burada aclıqdan, xəstəlikdən və rahiblərlə, rahibələrin daimi təzyiqindən, döyülməkdən həyatlarını itirirdilər.
Konuşma Sonu

Abuzər
Interpress.az