Nazirlik: Dənizə neft dağılmayıbbackend

Nazirlik: Dənizə neft dağılmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress-in məlumatına görə, bunu hazırda 10-cu özüldə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərov nazirliyin bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərlə qurulan canlı bağlantı zamanı deyib.

M.Qəmbərov qeyd edib ki, ETSN-nin mütəxəssislər qrupu hazırda 10 saylı dərin özülün ətrafında müşahidələr aparırlar: \”Hər hansı ekoloji çirklənmə olarsa, bu barədə məlumat veririk. Müxtəlif informasiya agentlikləri bu gün müəyyən ajiotaj yaradaraq mövcud vəziyyəti şişirdirlər\”.

M.Qəmbərov qeyd edib ki, 10 saylı dərin özüllərdə 28 işlək quyu olub. 21 quyu qaz-neft üsulu ilə işləyib. Nazirlik rəsmisinin sözlərinə görə, quyular fantan üsulu ilə işləsəydi, onun ekoloji fəsadı ola bilərdi: \”Yanan da qaz quyuları olub. Bu gün atmosferimiz müəyyən çirklənməyə məruz qalır, amma dənizə neft dağılmayıb. Çünki neft sızması mümkün deyil. Təhlillər göstərir ki, burada neft çirklənməsi yoxdur\”.

ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova məlumat verdib ki, artıq iki qaz quyusunda yanğın söndürülüb, 1 quyuda söndürülmək üzrədir: \”Bu gün yanan 4 qaz quyusudur. Yanan qaz olub, yanma prosesində karbohidrogenlərin hamısı yanmaya məruz qalır. Hələ ki, neft axıntısı yoxdur. Amma 10 gün sonrakı günlər üçün heç kim sığortalanmayıb. Bu gün üçün dəniz faunası üçün bir problem yoxdur. Viziual müşahidələr hər gün aparılır\”.

M.Avazova qeyd edib ki, neftlə çirklənmə sovet dövründə daha çox olub.

İnterpress.az