Üzən məzənnə rejiminə keçiddən sonra dollar 1,55 manat, avro 1,7 manat olubbackend

Üzən məzənnə rejiminə keçiddən sonra dollar 1,55 manat, avro 1,7 manat olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.

Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3% və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.

İnterpress.az