Əfruziyan qardaşları müvəqqəti azadlığa buraxılıbbackend

Əfruziyan qardaşları müvəqqəti azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az güneyli mənbəyə istinadən xəbər verir ki, onlar dekabrın 19-da hər biri 100 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbriz zindanından müvəqqəti azadlığa buraxılıb.

Noyabrın 9-da Güney Azərbaycanda fars irqçiliyinə qarşı etiraz aksiyalarının son dalğası başladıqdan sonra, Əfruziyan qardaşları noyabrın 10-da təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Fəallar Məlikan şəhərində öz şəxsi evlərində hökumət qüvvələrinin hücumuna məruz qalaraq gecə saat 1 radələrində yaxalanıblar.
Bir müddət öncə Təbriz zindanına intiqal edilən fəallar müstəntiq tərəfindən çıxarılan müvəqqəti həbs qərarı ilə təcridxanada saxlanıldı.
Adını çəkdiyimiz fəallar bundan öncədə Azərbaycan türk millətinin milli və mədəni hüquqları uğrunda apardıqları dinc mübarizəyə görə müxtəlif təzyiqlərə məruz qalıb və saxlanılıblar.

Interpress.az