İnterpress.az güneyli mənbəyə istinadən xəbər verir ki, silahlı oğurluqda, ictimai asayişi pozmaqda və quldurluqda təqsirli bilinən 30 yaşlı Muctaba.R və 26 yaşlı Nemət.C adlı məhbuslar dekabrın 20-si sübh saatlarında İranın Şiraz şəhərində ictimaiyyət qarşısında dar ağacından asılıblar.
Həmin gün, narkotik maddələrin satışı və qaçaqmalçılığında, eləcə də qanunsuz silah daşımaqda təqsirli bilinən 5 nəfər İranın Bəndər Abbas şəhərinin mərkəzi zindanında dar ağacından asılıblar. Edam edilənlərin adları mediaya açıqlanmayıb.
Qeyd edək ki, son aylarda İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.
Interpress.az