İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, istefa qərarını yazılı açıqlama ilə çatdıran Şalom, \”Təxminən 23 il ərzində deputat və nazir kimi, sədaqət hissi və inamla xalqa xidmət etmişəm. Bunu sosial və ictimai məsələlərin inkişaf etməsi üçün özümə vəzifə etdim. Ötən həftə ərzində bu acı hadisədən (cinsi təcavüz iddiaları) gınağına gəldim. Ailəm məni tam olaraq dəstəkləyir, ancaq onlardan ödəmələri istənilən bədəlin haqlı bir əsası yoxdur. Bu şərtlər altında nazirlik vəzifəmdən və xalq deputatlığından istefa verməyə qərar verdim\” dedi.
Şalomun istefası ötən günlərdə İsrail mətbuatında yer alan cinsi təcavüz iddialarının ardından gəldi. İlk olaraq İsrailin “Haaretz” qəzetində çərşənbə günü yer alan bir xəbərdə, Şalomun daha əvvəl ofisində çalışan bir qadının ifadələrinə yer verilmişdi. Şalomun özünə \”zorla fiziki təmasda olmağa çalışdığını\” iddia edən qadın, rəsmi cinayətkar elan etməyəcəyini bildirmişdi.
Bu xəbərin ardından, daha əvvəl Şalom ilə birlikdə çalışmış altı qadının daha oxşar iddiaları yerli mətbuatda yer almışdı.
İsrailin 120 yerlik parlamenti Knessesetdə 61 millət vəkilinə malik Benyamin Netanyahu hökumətində yeni daxili işlər nazirinin kim olacağı isə hələ məlum deyil.
İnterpress.az