Zərif: Bəzi qonşularımız, İŞİD və Əl-Qaidəni terror təşkilatı kimi qəbul etmirbackend

Zərif: Bəzi qonşularımız, İŞİD və Əl-Qaidəni terror təşkilatı kimi qəbul etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata isinadən xəbər verir ki, nazir, Əl-Qaidə, İŞİD və Əl-Nusranın müxtəlif təşkilatlar tərəfindən terror təşkilatı olaraq qəbul edilmədiyini xüsusi vurğuladı.

Cümə günü Nyu-Yorkda keçirilən Suriya müzakirəsində, beynəlxalq müzakirələri dəyərləndirən Zərif, \”Beynəlxalq cəmiyyət Suriya hökuməti ilə xaricdən dəstəklənən müxalifət arasında dialoq qurulması məsələsində daha doğru hərəkət edir və dialoq üçün ön şərt irəli sürmür\” – dedi.
Müzakirələrdə tərəflər arasında fikir ayrılıqlarının davam etdiyini də qeyd edən İranlı nazir, \”Terror təşkilatları siyahısı üzərindəki mübahisə davam edir. Təəssüf ki, Əl-Qaidə, İŞİD və Əl-Nusra təşkilatlarının qolları olan müxtəlif təşkilatlar, bəzi dostlarımız və qonşularımız tərəfindən terror təşkilatı kimi deyil, müxalif təşkilat olaraq qəbul edilir. Ona görə bu məsələdə iş görülmək lazımdır\” açıqlamasını verib.

İnterpress.az