“Əhalini panikaya sürükləyən kimdir? Bu üzən məzənnə deyil” – MÜNASİBƏTbackend

“Əhalini panikaya sürükləyən kimdir? Bu üzən məzənnə deyil” – MÜNASİBƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, o, facebook sosial şəbəkəsində manatın kursunun çöküşünə münasibət bidirib: “Neftin qiyməti aşağı düşdükcə və ölkənin neft gəlirləri azaldıqca, müstəqil ekspertlər manatın devalvasiyasının qaçılmaz olduğunu söyləyəndə hökumət onları “əhali arasında panika yaymaqda” suçlayırdı. Hətta fevral devalvasiyasından sonra da manatın məzənnəsinin 1.05 səviyyəsində saxlanılmasının başa düşülən olmadığını dəfələrlə bildirmişik. Mərkəzi Bank və hökumət isə israrla bildirirdi ki, hər şey nəzarət altındadır, heç bir devalvasiya olmayacaq.

“Əhalini panikaya sürükləyən kimdir? Bu üzən məzənnə deyil” - MÜNASİBƏT

Hökumətin bu qədər israrları nəticəsində, habelə fevralda atılmış addımdan ölkə iqtisadiyyatının, xüsusilə bank sektorunun hələ özünə gələ bilmədiyini nəzərə alıb hökumətin qısa bir müddətdə ikinci bir ağır addım ataçağından, yəni kəskin devalvasiyaya gedəcəyindən çəkinəcəyini düşünürdük. Bu addımın ən tezi yanvarda olacağı gözlənilən idi.
ABŞ-da FES uçot drəcəsini qaldırmağa hazırlaşdığını tam 1 il əvvəldən bəyan edir, araşdırmalar və müzakirələr aparır və cəmiyyəti buna hazırlayır. Uçot dərəcəsinin qaldırılması isə tədricən, addım-addım, məqsədyönlü şəkildə həyata keçirilir. Heç bir panikaya imkan verilmir. Buna cəmiyyəti idarə etmək deyirlər. Ölkəmizdə isə tamamilə fərqli yanaşma hökm sürür: siyasət qapalı aparılır, cəmiyyət aldadılır, ən yüksək səviyyədə hər şeyin nəzarət altında olduğu, heç bir problemlərin olmadığı bəyan edilir, əhali iqtisadi savadsızlıqda və yersiz panikaya düşməkdə ittiham olunur, sonra isə birdən kəskin addımlar atılır…

Mərkəzi Bank üzən məzənnə siyasətinə keçdiyini bəyan edir və dərhal manatın dollara nəzərən kursunu 1.05-dən 1.55-ə yüksəldir. Amma heç bir izahat yoxdur ki, niyə 1.15 yaxud 1.35 yox, məhz 1.55. Bu məzənnə hardan ortaya çıxdı? Kim hesabladı? Kim qərar verdi? Demirsiniz ki, “üzən məzənnəyə keçirik”, onda manatın “cilov”unu buraxın, manat özü tədricən kursunu tapsın. Əgər kursu özünüz istədiyiniz kimi müəyyənləşdirirsinizsə, bunu niyə “üzən kurs” adlandırırsınız ki?

Abuzər
Interpress.az