Dolların bahalaşması ilk olaraq Bakının tikinti malları bazarına təsir göstərdibackend

Dolların bahalaşması ilk olaraq Bakının tikinti malları bazarına təsir göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress xəbər verir ki, Bu barədə BAKU.WS-ə şəhər sakinləri məlumat veriblər. Deyilənlərə görə, bir çox topdansatış məntəqələrdə alver dayandırılıb Satıcılar əllərində olan tikinti matreallarını satmırlar. Bunu dolların qalxacağı ilə izah edirlər. Bəzi satıcılar isə tikinti mallarının qiymətlərini dollarla göstərirlər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr – 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr – 1,1394) manat olub.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə \”sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

İnterpress.az