Müğənnilərə vergi cəriməsi tətbiq olunmağa başladı – İlk cərimə alan odurbackend

Müğənnilərə vergi cəriməsi tətbiq olunmağa başladı – İlk cərimə alan odur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnterpress” big.az-a istinadən xəbər verir ki, müğənni Əlikram Bayramov açıqlamasında maraqlı məqamlara toxunub. Müğənninin dediklərini öz dilindən təqdim edirik: \”Toylara 2 min, 2 min 500 manata gedirəm. 7-8 minə toya gedən adama da 1685 manat vergi gəlib, 2 min, 2 min 500 manata gedənə də 1666 manat gəlib. Mühasibim nazirliyə ərizə ilə müraciət edib və bizə bildirdilər ki, o siyahıda yalnışlıq olub. Allaha şükür bu problem indi aradan qaldırılıb\”.

Əlikram Bayramov 2015-ci ildə 485 manata yaxın vergi ödədiyini də gizlətməyib: \”İndi ola bilsin az ödəmişəm. Amma yenə də 2 min, 2 min 500 manata toya gedən adama bu qədər vergi gəlməməlidir. Elə populyar müğənni tanıyıram ki, 30 ildir bu sənətdədir, xalq artistidir, amma VÖEN-i yoxdur. Vergiyə bu günə kimi bir qəpik də ödəməyib. Heç onlardan vergi tutan yoxdur\”, – deyə müğənni iradını bildirib.

İnterpress.az