Bunu İqtisad elmlər namizədi, iqtisadçı ekspert Oqtay Haqverdiyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) indiki addımını manatın real qiymətinə doğru dönüşü olmayan hərəkətin başlanğıcı kimi qiymətləndirmək olar: \”Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində səlis davam edəcək. Ekspert qiymətləndirmələrimə əsasən, dolların real qiyməti 3-5 manat arası təşkil edə bilər\”.
Ekspert AMB-nin bu addımını məcburi addım adlandırıb: \”Dünya valyuta bazarında baş verən proseslər olmasaydı, heç nəyi dəyişməyə ehtiyac yaranmayacaqdı. Lakin Azərbaycan xarici ticarəti dollarda apardığına görə bu addım məcburidir\”.
O.Haqverdiyev qeyd edib ki, indi Azərbaycan qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək vəzifəsi dayanır.(trend)
İnterpress.az