DYP xəbərdarlıq etdi – “toy karvanı” reydi başladıbackend

DYP xəbərdarlıq etdi – “toy karvanı” reydi başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toy mövsümünün başlaması paytaxt Bakının köhnə dərdi olan tıxacları yenidən gündəmə gətirib. Şadlıq saraylarının qarşısındakı qanunsuz parklanmalar Dövlət Yol Polisini hərəkətə keçirib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi polkovnik Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, yol polisi yollardakı təhlükəsizliyi təmin etmək üçün \”toy karvanları\”na nəzarəti gücləndirib.

Onun sözlərinə görə, ancaq dünən DYP əməkdaşları keçirdikləri reyd zamanı 27 ərazidə olublar. Onlar xüsusilə şadlıq saraylarının küçələrə bitişik ərazilərinə baxış keçiriblər. Nəticədə 14 küçədə belə qeyri-qanuni parklanma səbəbindən vəziyyət bərbad olub.

DYP xəbərdarlıq etdi - "toy karvanı" reydi başladı

\”Təbii ki, qanunsuz parklanmalara yol verənlərə, işıqforun qırmızı işığında keçənlərə, toy karvanında təhlükəli manevrlər edərək yollarda qəza riskini artıranlara qarşı sərt cəza tədbirləri görülür. Buna görə də toy sahiblərindən artıq dərəcədə xahiş olunur ki, karvandakı avtomobillərin sayını mümkün qədər azaltsınlar. Yol boyu fasiləsiz səs siqnallarından istifadə etməsinlər, nəqliyyat vasitələrini həddən artıq aşağı sürətlə idarə etməsinlər. Əks halda qəzalar qaçılmaz olacaq\”.

DYP xəbərdarlıq etdi - "toy karvanı" reydi başladı

\”Toy karvanları”nda iştirak edən avtomobil sürücülərinin sərxoş halda sükan arxasında əyləşərək qəza riski yaratması danılmaz faktdır. Məhz bu il bu cür hadisələrdən birində “toy karvanı”ndakı avtomobillərdən biri yol kənarında dayanmış 14 yaşlı qızı vuraraq öldürüb.

Daha ağır qəza isə ötən ilin sentyabrın 29-da saat 12 radələrində İsmayıllı rayonunun Qubaxəlilli kəndində qeydə alınıb. \”Toy karvanı\”nda olan maşının qəzaya uğraması iki ailənin 9 üzvünün ölümü ilə nəticələnmişdi.

Bu ilin aprelində Bakı-Qazax yolunun 118-ci km-liyində, Hacıqabul rayonu ərazisində “toy karvanı” qəzaya uğrayıb.

Ümumiyyətlə, son 6 ay ərzində Bakıda bəy-gəlini müşayiət edən 35 toy karvanında kobud qayda pozuntuları aşkarlanıb. Nəticədə 27 avtomobil cərimə meydançasına aparılıb. 100-dən artıq sürücüyə protokol tərtib olunub.

Bütün bunlar onu göstərir ki, ölkəmizdə toy şənliklərinin təşkilində azadlıq var, lakin dünya təcrübəsində vəziyyət tam fərqlidir. Məsələn, Tacikistanda toy mərasimlərinə çəkilən xərclər, toy kortejindəki maşınların sayı ilə bağlı müəyyən məhdudiyyət mövcuddur. Bu ölkədə toyda verilən yeməklərin və qonaqların sayı da qanunla tənzimlənir.

Tək Tacikistanda deyil, elə bizə qonşu olan Türkiyə, İran və digər dövlətlərdə də toy və el şənlikləri daha sadə şəkildə həyata keçirilir.

Bizdə isə bu ölkələrdən fərqli olaraq vəziyyət, doğurdan da, acınacaqlıdır. Toy şənliklərinə çəkilən xərclər israfçılıqla yanaşı, kortejlərin də ucu-bucağı görünmür. Onlarla maşının qoşulduğu toy karvanlarında sürücülər yol hərəkəti qaydalarını pozur, hətta avtoşluq belə edərək insanların həyatını riskə atır.

Bu baxımdan ölkəmizdə, xüsusilə Bakıda toy karvanlarına nəzarət, toy mərasimlərində israfçılığın qarşısını almaq vacib və əhəmiyyətli məsələdir.

Interpress.az