Rusiyada bir türk şirkətin fəaliyyəti dayandırılıb. Söhbət Rusiyadakı \”Gersan Elektrik\”in filialından gedir.
Türk şirkətinin fəaliyyəti 60 gün müddətinə məhdudlaşdırılıb.
Adıçəkilən şirkətdən verilən məlumata görə, Rusiyadakı \”Gersan R-Zao\”nun fəaliyyətinə Rusiya səlahiyyətli qurumlarının yoxlamalarından sonra ümumi standartlara cavab vermədiyi üçün məhdudiyyət tədbiq edilib.
Kalininqrad Sərbəst İqtisadi Bölgəsində yerləşən \”Gersan R-Zao\” istehsal müəssisəsinin bağlanmasına Kalininqrad Bölgəsi Ətraf Mühit yoxlamaları şöbəsi tərəfindən aparılan yoxlamalar zamanı qərar verilib.
özügedən müəssisədən lazım olan bütün qanuni sərmayə haqlarına sahib olduqları, tələb olunan bütün əksikliklərin bu gündən həll olunacağı və müəssisənin fəaliyyətinin bərpa olunması üçün müraciət ediləcəyi bildirilib.
Şirkətdən verilən açıqlamada o da bildirilir ki, \”Gersan Elektrik\”in 9 aydakı satışlarının təxminən 6 faizini təmin edən \”Gersan R-zao\”nun bağlanmasının şirkətə ciddi bir zərər verəcəyi düşünülmür.
Məlumat üçün bildirək ki, 1980-ci ildə fəaliyyətə başlayan şirkət elektrik avadanlıqları, led lampalar, labellər və sairə istehsalı ilə məşğuldur.
Interpress.az