“Üçüncü devalvasiya hazırlanır” – Elman Rüstəmovun açıqlamasına şərhbackend

“Üçüncü devalvasiya hazırlanır” – Elman Rüstəmovun açıqlamasına şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Interpress” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert Mərkəzi Bankın son açıqlamasının üçüncü devalvasiyayadan xəbər verdiyini vurğulayıb: “Elman Rüstəmovun son açıqlamasına görə, manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcək: “AMB bundan sonra artıq bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcək, tələb, təklif və qiymət proporsiyasının necə formalaşdığına baxacaq. Bu açıqlama onu göstərir ki, AMB yenə də valyuta ehtiyatlarını bazarda xərcləmək kimi sonu olmayan və problemin tam həllinə təsiri azalan bir yol seçib. Deyilənlərdən belə məlum olur ki, hələ yaxın günlərdə yeni valyuta rejimində eksperiment keçirib, tələb və təklifin əsasında qiymətin müəyyənləşməsini müşahidə edəcək və lazım gələndə də bazara müdaxilə edəcək”.

Onun sözlərinə görə, AMB-nin seçdiyi yol Qazaxıstan Mərkəzi Bankının (QMB) seçdiyi yoldan fərqli deyildir:“Lakin, QMB həm zaman və həm iqtisadiyyatın strukturu baxımından daha əlverişli məqamlarda qərarlar qəbul edib. Onlar ilk devalvasiya qərarın təxminən 2 il bundan əvvəl, dünya bazarında neftin qiyməti yüksək olanda verdilər. Eyni zamanda Qazaxıstanda iqtisadiyyat daha çox şaxələnib, orda bizim kimi valyuta yalnız neft satışından əldə olunmur. Odur ki, qazaxları gecikmələrlə \”yamsılamağa\” dəymir. AMB milli iqtisadiyyatın hazırkı durumuna və perspektivlərinə əsaslanan valyuta siyasəti qurmalı, qonşu ölkələrin buraxdığı səhvləri təkrarlamamalıdır. Əks tədqirdə çox qısa müddətdən sonra biz yeni və daha çətin devalvasiya təhlükəsi ilə qarşılaşa bilərik”.

Interpress.az