İnterpress.az-ın apardığı kiçik bir araşdırma zamanı bəlli oldu ki, mediamız şəhidlərimizi erməni əsgərlərinin meyiti ilə eyni fərqləndirmir. Belə ki, sizə aşağıda təqdim etdiyimiz şəkilləri müxtəlif media qrumları iki fərqli (“Daha bir əsgərimiz şəhid oldu” və “Erməni ordusu itki verdi, erməni əsgərləri öldürüldü”) xəbərlərinə qoyub. Bu saytlar üçün erməni əsgərinin ölüsü ilə vətənimiz uğurunda canını qurban verən şəhidimizin fərqi yoxdur, yoxsa bunu savadsızlıqlarından edirlər?
Şəhidə olan münasibəti öyrənmək üçün sadəcə dönüb Türkiyəyə baxsınlar. Görsünlər qardaş türkiyədə şəhidi necə dəfn edirlər.
Demək olar ki, hər gün şəhid xəbərlərini eşidirk. Amma bu xəbərlərdə tabutuna bayrağımız sərilmiş, hərbiçilərimizin çiynində hörmətlə daşınan şəhid şəklini verməkdənsə, yerə yıxılmış yarıçılpaq meyit şəkili verirlər. Çoxları hələ də bilmir ki, yerə yıxılmış yarıçılpaq hərbçi şəkli günvurmadan huşunu itirən əsgərlərimizə aiddir və onlar ölməyib, sadəcə huşunu itirib.
Məsələyə münasibət bildirən Azəri-Türk Qadınlar Birliyinin rəhbəri, ATEV başqanı Tənizlə Rüstəmxanlı şəhidlərimizə hər zaman sayğı ilə yanaşmaq hər bir vətəndaşın borcudur dedi: “Əlbəttə, şəhidlərimizə hər zaman sayğı ilə yanaşmalıyıq. Onlar bu vətən uğurunda canlarından keçiblər. Bundan daha üstünü varmı? Onların xatirəsi hər zaman əziz tutulmalıdır və uyğunsuz vəziyyətdə təqdim edilməmlidir”.
Şəhidlərin bu vəziyyətdə təqdim olunması Millət vəkili Fazil Mustafanı da narahat edir: Şəhidlərlə bağlı xəbərləri dövlət bayrağının fonunda təqdim etmək daha anlamlı olardı. Ölümün fiziki formasını nümayiş etdirmək şəhidliyin mənəvi dəyəri ilə uyğun gəlmir. Ona görə də əldə silah, bayrağın fonunda diri şəkil variantında təqdim etmək daha məqsədəuyğun olardı.
İnterpress.az