Yunanıstandan tarixi Fələstin qərarıbackend

Yunanıstandan tarixi Fələstin qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan parlamenti tarixi qərar verib. Ölkə Fələstini dövlət olaraq tanımağa səsləyən tövsiyə sənədini qəbul edib.

Parlamentin bu qərarı Yunanıstanın Fələstini rəsmən tanıması yönündə hökumətə tövsiyə xarakteri daşıyır.

Bu barədə layihəni parlamentin məclis rəhbəri Nikos Vuçis təqdim edib. Onun təqdim etdiyi tövsiyə qərarı səs çoxluğu ilə qəbul edilib.
Bu tövsiyə xarakterli sənəddə yunan hökumətindən Fələstin dövlətini tanıma prosesini başladacaq işlər görülməsi istənilib.

Səsverməni baş nazir Aleksis Tsipras ilə birlikdə parlamentə gələn Fələstin dövlət başçısı Mahmud Abbas da izləyib.
M.Abbasın səfəri iki günlük olub.

Qərarın bir nüsxəsi Yunanıstan parlamentinin spikeri Nikos Vuçis tərəfindən Mahmud Abbasa təqdim edilib.

M.Abbas Afinada Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüşdən sonra mətbuata açıqlama verib. O bildirdi ki, 2016-cı ildə Fələstin dövləti öz adına pasportlar buraxacaq.

Tsipras bundan sonra Yunanıstanın rəsmi yazışmalarında “Fələstin rəhbərliyi\” əvəzinə “Fələstin” termininin istifadə ediləcəyini bildirib. O həmçinin ölkəsinin 1967-ci il sərhədləri daxilində mərkəzi Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasının tərəfdarı olduğunu da vurğulayıb.

Fələstinin müstəqilliyi Çin, Rusiya, Hindistan və Türkiyənin də daxil olduğu 100-dən çox ölkə tərəfindən tanınmaqdadır.

İsveç parlamenti 30 oktyabr 2014-cü il tarixində Fələstin dövlətini rəsmi olaraq tanıyıb. BMT-də edilən səsvermədən sonra Vatikan bayrağı ilə yanaşı Fələstin bayrağı da qurumun binası qarşısında digər ölkələrin bayraqları arasında dalğalanır.

İnterpress.az