Müdafiə Nazirliyi: Serj Sərkisyan dünya ictimaiyyətini aldadırbackend

Müdafiə Nazirliyi: Serj Sərkisyan dünya ictimaiyyətini aldadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Azərbaycan ərazilərinin işğalında, günahsız insanların qətlində bilavasitə iştirak edən, terrorizmi, separatizmi, işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran S.Sərkisyan indi də bu cür yalan çıxışları ilə dünya ictimaiyyətinin gözünə kül üfürür və onları yanlış istiqamətə yönəltməyə cəhd göstərir: \”Dünyada heç bir dövlət, hətta Ermənistan tərəfindən belə tanınmayan Dağlıq Qarabağda quldur dəstələrinə başçılıq edən, terror təşkilatları ilə isti münasibətlərdə olan və öz xalqını daim aldatmaq vərdişindən əl çəkməyən bu cani müxtəlif qurumlarda ziddiyyətli bəyanatları ilə \”zavallı\” xalqına mərhəmət və yardım dilənməklə məşğuldur\”.

Nazirlik bildirir ki, terrorizmə və separatizmə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə, dünya ölkələri tərəfindən tanınan sərhədlərimiz daxilində, terrorun, işğalçılığın və separatizmin kökünün birdəfəlik kəsilməsi üçün müvafiq tədbirlər görür və gələcəkdə də görəcəkdir.

İnterpress.az