Yanacaq doldurma məntəqəsinə silahlı basqın oldubackend

Yanacaq doldurma məntəqəsinə silahlı basqın oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə Cəlilabad rayonunun Alar kəndində yerləşən “Alpetrol” yanacaq doldurma məntəqəsində qeydə alınıb. Belə ki, bu gecə saat 03:30 radələrində 4 nəfər silahlı şəxs yanacaq doldurma məntəqəsinə daxil olub.
Əvvəlcə, avtomobillərinə yanacaq doldurmaq məqsədiylə məntəqəyə yaxınlaşan cinayətkar dəstə daha sonra anidən atəş açmağa başlayıblar. Hadisə nəticəsində zərərçəkən olmasa da, yanacaq doldurma məntəqəsinin qapı və pəncərələrinin sındığı deyilir.
Qeyd edək ki, hadisə yerinə Cəlilabad rayon hüquq-mühafizə orqanının əməkdaşları çağırılıb. Hazırda rayon polisi cinayətkar dəstəni istintaqa təhvil vermək üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

İnterpress.az