İtkin düşənlərin axtarışı davam edir – VİDEObackend

İtkin düşənlərin axtarışı davam edir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə yanğın davam edir.

Alovun söndürlməsinə FHN-nin gəmilər cəlb olunub. 10 saylı özülün əvvəlki görünüşündən əsər-əlamət qalmayıb.

“Günəşli” yatağında yanğın sonrası itkin düşən neftçilərin axtarışları davam edir.

Axtarışlar həm də Dövlət Sərhəd Xidmətinin gəmiləri vasitəsilə də həyata keçirilir. Hava şəraitindən asılı olmayaraq axtarışlar sutka ərzində aparılır.

Gəminin kapitanı Zaur Salamov deyir ki, gəmidə quraşdırılan xüsusi kamera vasitəsilə itkin düşənlərlə bağlı həfdəfləri daha tez aşkarlamaq olur.

İndiyədək sahil mühafizə xidmətinin gəmiləri hadisə, zamanı dənizdən neftçilərin xilasetmə jiletlərini, suya düşmüş qayığın hissələrini aşkarlayaraq ekspertizaya təhvil veriblər.

İnterpress.az