Interpress.az-ın nazirliyin saytına istinadən verdiyi məıumata görə, siyahıda müğənnilərin vergi borcunun məbləği açıqlanmayıb.
Nazirliyin açıqladığı siyahı:
Şeron Qrupu MMC
Qasımov Ayaz Eyvaz oğlu
Hüseynov Zamiq Əsgər oğlu
İsmayılova Rəqsanə İsmayıl qızı
Nisanov Xəyyam Aleksandroviç
Bədəlov Emil Namiq oğlu
Cəlilov Yaşar Zahid oğlu
Süleyman Akif Süleyman oğlu
Axundov Rüfət Rafiq oğlu
Əliyev Ceyhun Abdul oğlu
Musayeva Sevinc Aydın qızı
Məmmədov Elvin Səyyad oğlu
Allahverdiyev Vüqar Zakir oğlu
Cavadov Yaqub İbad oğlu
Musayev İntiqam Bəhmən oğlu
Qasımov Natiq Yunus oğlu
Novruzlu Tural Sultan oğlu
Süleymanov Murad Süleyman oğlu
Bədəlov Namiq Əlihəsən oğlu
Əliyev Nizami Tofiq oğlu
Hüseynov Tural Məstan oğlu
Qafarov Azər Mirhüseyn oğlu
Rzayev Vasif Vaqif oğlu
Abdulov Sənan Salman oğlu
Rəcəbov Cavad Hənifə oğlu
Salmanov Emin Salman oğlu
Zeynalov Samir Nadir oğlu
Xalıqzadə Mehman Cahangir oğlu
Musayev Vüsal Sahib oğlu
Dadaşov Ramin Camal oğlu
Fərzaliyev Malik Şakərəm oğlu
Salmanov Elşad Bəhmən oğlu
Muxtarov Vaqif Fəqani oğlu
Nəcəfov Vasif Yusif oğlu
Dadaşov Nazim Camal oğlu
Abbasov Şöhrət Duman oğlu
Əliyev Elnur Elşən oğlu
Cavadov Rasim Əliəsgər oğlu
Bağıyev Mehman Zahid oğlu
Abdullayev Rafiq Tağı oğlu
Əhmədov Fariz Əziz oğlu
Qeyd edək ki, vergilər nazirinin I müavini Natiq Əmirov bir neçə gün öncə keçirdiyi mətbuat konfransında \”Şou-biznes nümayəndələrinin gəlir vergisi ödəməməsi uzun müddət davam etməyəcək\” deyə bildirib.
N. Əmirov bildirib ki, şou-biznes nümayəndələrinin əldə etdiyi gəlir və xərclərinin uçotu yoxdur: “Bu insanlardan bir qismi obyektiv, digər qismi isə subyektiv səbəbdən bizə öz gəlir və xərclərinin uçotunu təqdim etməkdə həvəsli deyil. Bir sıra hallarda biz onların gəlirlərini əldə edə bilərik. Ən azı toyları müşahidə edə bilərik. Vergilər Nazirliyinin imkanı var ki, konkret bir musiqiçini nəzarətə götürsün və onun bütün toylarını izləsin, gəlirlərini hesablasın və buna müvafiq olaraq vergini hesablasın”.
Nazir müavini əlavə edib ki, şou-biznes nümayəndələrindən gəlirləri və xərclərini bəyan etmələrini və vergiləri ödəmələri xahiş olunub, lakin bu da bir nəticə verməzsə, onların da vergiyə cəlb olunması üçün lazımi mexanizm tapılacaq: \”Ola bilər ki, yeni mexanizm hər bir şou-biznes nümayəndəsi ilə münasibətdə ədalətli olmaz. Lakin ən azından şəffaf olacaq\”.
Interpress.az