SOCAR-ın “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, diametri 530 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yaşayış binasına yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, təbii qazdan qeyri qanuni istifadə hallarının qarşısının alınması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə dekabrın 23-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi və ətraf ərazilərində, həmçinin Sabunçu rayonunun Maştağa, Pirşağı, Kürdəxanı və Bilgəh qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
İnterpress.az