Təbrizdə Azərbaycan, İran və Gürcüstan arasında dəmir yolu ilə yüklərin daşınmasına dair protokol imzalanıb – FOTObackend

Təbrizdə Azərbaycan, İran və Gürcüstan arasında dəmir yolu ilə yüklərin daşınmasına dair protokol imzalanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, görüşüdə üç dövlətin tranzit potensialını artıraraq, Qara dəniz hövzəsindən, Gürcüstan dəniz limanları vasitəsi ilə tranzit yüklərin Gürcüstan və Azərbaycan üzərindən Fars körfəzinə catdırılması perspektivləri müzakirə olunub.

İran İslam Respublikasının getdikcə artan ticarət dövriyyəsi, qeyd olunan nəqliyyat dəhlizin daha əlverişli olması da görüşün əsas müzakirə olunan mövzularından olub. İclasın yekununda dəmir yolların rəhbərləri üçtərəfli əməkdaşlığı təsdiq edən Protokolu imzalayıblar.(apa)

Təbrizdə Azərbaycan, İran və Gürcüstan arasında dəmir yolu ilə yüklərin daşınmasına dair protokol imzalanıb - FOTO

İnterpress.az