Qiymətlərdən məlum olur ki, siqaretlər ən azı 50% bahalaşıb. Son devalvasiya daha çox siqaret qiymətlərinə təsir edib.
Qeyd edək ki, bazar ertəsindən mağazalarda siqaretlər ya müxtəlif qiymətlərə satılırdı, ya da satış tamamilə dayandırılmışdı. Yeni qiymətlərin müəyyənləşməsinin gecikməsi siqaret bazarında qeyri-müəyyənliyə səbəb olmuşdiu.
“European Tobacco Baku” şirkətindən bildirilmişdi ki, əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək.
Artıq yeni qiymətlər məlumdur və bu gündən etibarən bütün mağazalarda siqaretlər standart qiymətə satılır.
Musavat.com yeni siqaret qiymətlərini təqdim edir. Əlavə edək ki, bəzi siqaretlərdə topdansatış qiymətləri müəyyənləşsə də, pərakəndə satış qiymətləri hələlik qeyri-müəyyəndir.
Interpress.az