Sürücülər üzən məzənnədə boğulmasın deyə… Ekspertdən 7 QIZIL QAYDAbackend

Sürücülər üzən məzənnədə boğulmasın deyə… Ekspertdən 7 QIZIL QAYDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2015-ci il 21 dekabr tarixində Azərbaycan manatının ikinci dəfə devalvasiyaya uğraması ölkədə qənaətin zəruri olmasına şərait yaradıb. İl ərzində iki dəfə devalvasiya prosesində dollara nisbətdə manatın 97,6 faiz dəyərsizləşməsi cəmiyyəti pul ehtiyatının tükənməsi ilə qarşı-qarşıya qoyub. Belə məqamlarda ölkə vətəndaşlarının büdcə ehtiyatının tükənməməsi üçün qənaət etməyə başlaması tövsiyyə edilib.

Eyni zamanda, manatın devalvasiyası hər sahədə olduğu kimi sürücülərdən də təsirsiz ötüşməyir. İnterpress.az xəbər verir ki, yol hərəkəti üzrə ekpert Ərşad Hüseynov sürücülərin devalvasiya prosesindən təsirsiz ötüşmələri üçün bəzi məsləhətlərini bölüşüb. Ekpertin qeyd etdiyi qaydaalrı təqdim edirik:

“Ciddi maddi-iqtisadi sıxıntılar yaşamağa başladığımız zamanda sürücü dostlara bəzi sadə məsləhətlər. Məncə, bunlara riayət etsək, suyun üzündə qalmağa kömək edər.

1. Dostlar, belə dövrdə ən önəmli məsələ daha intizamlı və diqqətli olmaqdır. Sürücünün 2 ən mənasız və lazımsız itkisi var: cərimə və qəza zamanı məruz qaladığı maddi ziyan. Bunların hər ikisinin çarəsi isə nizam-intizam, yüksək diqqət və qarşılıqlı hörmətdir. İntizamlı olsanız, qaydaları pozmasanız, DYP sizi cərimələməyəcək, cərimə cibinizdə qalacaq. Belə olduqda qəzaya düşmə riski də minimumdur, deməli, ziyanınız olmayacaq.

2. Lüzumsuz yerə avtomobilinizdən istifadə etməyin. Avtomobillə gedəcəyiniz yerləri saf-çürük edin, hər xırda şeyin dalınca maşın sürməyin. Unutmayın, avtomobil insan həyatının ayrılmaz hissəsi deyil. Onsuz yaşamaq, onunla yaşamaqdan rahatdır.

3. Əvvəlki məsləhətin məntiqi davamı olaraq, ictimai nəqliyyata öyrənin, İnkişaf etmiş ölkələrdə bir neçə avtomobili olan milyonçu da məmnuniyyətlə ictimai nəqliyyatdan istifadə edir. Bu, çox gözəldir. Buna alışmaq lazımdır. Yadda saxlayın ki, həmişə ictimai nəqliyyatda gediş fərdi avtomobillə gedişdən ucuz olur.

4. Avtomobili idarə etmə stilinizi təkmilləşdirin. Sərt manevrlər, tez-tez sürətlənmə və tormozlanma yanacaq sərfiyyatını xeyli artırır, tormoz qəliblərinin ömrünü azaldır, mühərrik, transmissiya və başqa detal və aqreqatlar üçün də ziyanlıdır. Ən sonda isə bütün ziyanların əvəzi cibinizdən gedir.

5. Maddi sıxıntınız var deyə, avtomobilin cari təmir işlərini, vaxtaşırı qulluğu (yağdəyişmə və s.) təxirə salmayın, yaxud ucuzdur deyə zay detallardan, keyfiyyətsiz yanacaqdan istifadə etməyin. Sonunda bu sizə daha ciddi ziyan vuracaq, nəinki hədəf aldığınız qənaət. Əgər maddi sıxıntı varsa, yaxşı olar ki, avtomobildən istifadəni minimuma endirin, yaxud, avtonuzu dincə qoyun ki, imkan olanda lazımi işləri edib, yenidən sürəsiniz.

6. Ailədə bir neçə avtomobil varsa, çalışın ki, hamı birindən istifadə etsin (məsələn, işə birgə gedib-gəlmə), özü də ən az xərci olan avtodan istifadə edin”

Səid
İnterpress.az