Müstəqil Dövlətlər Birliyinin (MDB) müdafiə ittifaqına üzv olan ölkələrin dövlət başçıları Moskvada bir araya toplanıb. Zirvə toplantısında Rusiya ilə Türkiyə arasında gedən siyasi böhran müzakirə edilib.
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, MDB-nin müdafiə ittifaqına üzv olan 6 ölkə Rusiyaya məxsus təyyarənin Türkiyə silahlı qüvvələri tərəfindən vurulmasını müzakirə edib.
Toplantıda çıxış edən Ermənistan prezidenti Sərj Sərkisyan Rusiyanın müttəfiqi kimi hər zaman Moskvanın mövqeyinə dəstək verəcəklərini vurğulayıb.
Sonda MDB müdafi itttifaqına üzv olan dövlətlərin başçıları terrorizmlə mübarizə üçün beynəlxalq koalisiyanın yaradılmasının zəruri olduğunu qeyd ediblər.
Qeyd edək ki, MDB müdafiə ittifaqına üzv olan 6 ölkə Rusiya ilə köhnə Sovet respublikaları olan Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstandır. Əlavə edək ki, Qırğızıstan ittifaqına daxil olan Əfqanıstan və Serbiya da müşahidəçi kimi iştirak edir.
Xatırladaq ki, Rusiya hərbi qüvvələrinə məxsus Su-24 döyüş təyyarəsinin 2015-ci il 24 noyabrda Suriya sərhədində Türk Hava Qüvvələri tərəfindən vurulması iki ölkə arasında münasibətlərin pozulmasına gətirib çıxarıb.
Səid
İnterpress.az