Sabah dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaqbackend

Sabah dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu gecə Abşeron yarımadasında 4-6, gündüz 9-12, Bakıda 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Dekabrın 24-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

İnterpress.az