Dənizdə batan qayığa kəndirlə bağlanmış iki meyit tapıldıbackend

Dənizdə batan qayığa kəndirlə bağlanmış iki meyit tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Egey dənizində suriyalı miqrantları daşıyan daha bir gəmi qəzaya uğrayıb.

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Egey dənizində suriyalı miqrantları daşıyan qayıqın batması nəticəsində 11 nəfər həyatını itirib, 7 nəfərin həyatı isə xilas edilib.

Qayığı tapan xilas edicilər təəssüfedici bir mənzərə ilə rastlaşıblar. Belə ki, qayıq batdıqdan sonra boğulacağını düşünən miqrant qadın cəsədlərinin itməməsi üçün özünün və azyaşlı uşağının qolunu kəndirlə qayığa bağlayıb.

Qeyd edək ki, qəzaya uğrayan qayıqdakı suriyalı miqrantlara ilkin yardım göstərən balıqçılar olub. Balıqçılar dərhal aidiyyəti orqanlara xəbər veriblər.

Dənizdə batan qayığa kəndirlə bağlanmış iki meyit tapıldı

Dənizdə batan qayığa kəndirlə bağlanmış iki meyit tapıldı

Səid
İnterpress.az