9-cu sinif şagirdini zorlayanlar azadlığa buraxılıbbackend

9-cu sinif şagirdini zorlayanlar azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyev barəsində bəraət hökmü çıxarılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxslərin barəsində başqa yerə getməmək barədə verilmiş qətiimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalındaca həbs ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ittahama görə, seksual xarakterli zorakılıq hərəkətlərini Abşeron rayonu ərazisində törədiblər. Orta məktəbin yuxarı sinfində oxuyan 4 nəfər eyni məktəbdə oxuyan Nərgizi (ad şərti verilib) zorlayıblar və bu əməllərini videokamera ilə lentə alıblar. Bundan sonra həmin şəxslər videokadrlar vasitəsi ilə qıza qarşı hədə-qorxu gəliblər və onu şantaj ediblər.(bakuws)

Interpress.az