Şeyxin evinə hücum edən Nigeriya ordusu ailəsini qətlə yetirdikdən sonra, Zəkzəkini də ağır yaralayıb və harasa qaçırıblar. Bundan bir-neçə saat sonra isə Nigeriya küçələri qana boyanıb. Blə ki, Nigeriya ordusu Zaria qəsəbəsində yaşayan günahsız müsəlmanları qətlə yetirib. Bir anda 300-dən çox insanı güllələyiblər. Yaralı insanların və meyitlərin dolu olduğu küçələrdən qan su kimi axıb. Verilən sonuncu xəbərdə isə qətl zamanı yaralanan daha 512 nəfərin də olaydan sonra dünyasını dəyişdiyi deyilir. İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, indiyə qədər 3 oğlu gözlərinin önündə qətlə yetirilən Zəkzəkinin qızı Nüseyba əl-Zəkzaki dünya müsəlmanlarına müraciət ünvanlayıb: “Biz heç bir vaxt Nigeriyada şiəçiliklə məşğul olmadıq. Biz şiəliyi təbliğ etmədik. Biz ailəlikcə hər zaman Nigeriya İslam Hərəkatında olduq və vahid isalmı təbliğ etdik. Çünki vahid islam islamın parçalanmamaış, güclü formasıdır. Bu elə bir sistemdir ki, dünyanı böyrü üstə qoyanlar yalnız vahid islam ideyasının qarşısında məğlub olarlar. Mən bir şiə müsəlman deyiləm, mən sadəcə müsəlmanam. Müsəlman şəxsiyyətimin qarşısında başqa heç bir adın gəlməsinə razı deyiləm. İslamı fərqlərə, məzhəblərə bölən hər kəsin qarşısındayıq, arxasında deyilik. Çünki yalnız bir islam var. O da Peyğəmərimizin gətirdiyi islamdır. Odur ki, biz müsəlmanlar, şiə müsəlman, sünni müsəlman, nigeriyalı müsəlman, amerikalı müsəlman, modern müsəlman, çağdaş müsəlman, ya da liberal müsəlman kimi adları qəbul etmirik. Bəziləri məmləkətimiz Zariada baş verənləri “Şiələrə qarşı hücum” adlandırırlar. Bu isə bizi 800 nəfərədn çox insanın günahsız yerə qətl edilməsindən daha çox incitdi. Sanki Nigeriya ordusu, İslam Hərəkatının üzvlərinə şiə düşüncəsinə sahib olduqları üçün hücum edib. Amma bu düzgün yanaşma deyil. Axı Nigeriya ordusu təkcə şiə düşüncələilərə deyil, bütün günahsız əhaliyə qarşı eyni addımı dəfələrlə atıb. Dəfələrlə Nigeriya ordusu dinindən, irqindən aslı olmayaraq, günahsız insanları qətlə yetirib. İslami Hərəkatda sünnü düşüncəyə sahib insanlar da var. Nigeriya ordusu hücum edərkən, sünniləri şiələrdən ayırmadı, uşaqlı-böyüklü, qabaqlarına keçən hər kəsi güllələdilər. Axı küçədə qabaqlarına çıxan hər kəsi güllələdilər və bu zaman yaxınlaşıb onlardan hansı məzhəbə aid olduqlarını soruşmadılar, eləcə güllələdilər. Hamımıza hücum etdilər, hamımızı güllələdilər, hamımızı öldürdülər, hamımızı həbs etdilər. Niyəsi isə çox maraqlıdır. Çünki biz müsəlmanlar müqəddəs kitabımızda bizə buyurulduğu kimi haqqı müdafiə etməklə məşğuluq. Çünki biz Nigeriya dövlətinə qarşı deyilik. Biz öz dövlətimizə qarşı ola bilmərik. Biz müsəlmanlar sadəcə Nigeriya hökumətinin Nigeriya xalqına qarşı etdiyi ədalətsizliyə qarşıyıq. Biz İslam Hərəkatı olaraq sünni-şiə ayrımçılığı etmədən, birlikdə Nigeriya xalqının hüquqlarını qoruduğumuza görə, daim güllələnirik, qətlə yetrilirk, həbsə atılırıq və minbir işgəncə ilə üzləşirik. Amma geriyə dönüş yoxdur. Çünki biz müsəlmanıq və bizim müqəddəs kitabımız olan Qurnai-Kərimdə ədalətsizliyə, haqsızlığa qarşı mübarizə aparmaq tələbi qoyulub qarşımıza. Əgər biz də Nigeriyada yaşayan digərləri kimi taleyimizlə barışıb, ədalətsizliyə göz yumsaydıq, o zaman biz də “barış” xalqı olardıq. Üstümüzə bir uydurma sülhsevər, demokratik adı qoyardılar. Amma bizə uydurma gərək deyil. Biz həqiqəti sevirik və zülmə, əsarətə, haqsızlığa qarşıyıq. müsəlmanlar da Öyle bir “barış” ortamı ki yaşadığın ülkede en temel insan haklarından bile mahrum olarak hayat sürdürüyorsun! Mənim atam Şeyx Zəkzəki heç vaxt özünü hansısa məzhəbdə görmədi. O, müsəlman idi. Bu qədər. O, İslam Hərəkatının ideyasında da məzhəbçiliyin göyərməsinə imkan vermədi. Atam ölkədə insan haqları uğurunda mübarizə apardığı üçün hökumətin xoşuna gəlmədi və 3 oölunu, həyat yoldaşını gözünün önundə güllələdilər. Atamın başlatdığı ədalət yürüşü hərəkatına qoşulanlar arasında təkcə Nigeriyanın deyil, dünyanın hər tərəfindən qoşulanlar var. Bu yürüşə təkcə müsəlmanlar deyil, dinindən, dilindən, yurdundan, millətindən aslı olmayaraq bütün insansevərlər qoşulur. Üzümü Nigeriya xalqına tuturam! Əslində vəzifəsi vətəndaşını qorumaq olan ordumuz bu gün ədalətsiz hökumətin oyuncağına çevrilib. Bu gün 800-dən çox insanın bir gündə qətlə yetirilməsinə susmayın! Etiraz edin, üsyan edin! Yoxsa, sabah bu hökumət, bu oyuncaq ordunu hətat küçədə oynayan uşaqları güllələmək üçün göndərər və dünyaya car çəkər ki, bu uşaqlar terrorçu idilər. Artıq biz Nigeriya xalqı bu tamaşanın reallaşdığını gördük. Odur ki, səsinizi çıxarın, haqqınızı tələb edin. Yoxsa, sabah sizi də güllələynədə başqaları səsini çıxarmaz! Nuseyba Binti İbrahim əl-Zəkzaki”.
Abuzər Azəroğlu
İnterpress.az