İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünən bir çıxışında D.Tramp Hillari Klintonun 2008-ci ildə hazırkı ABŞ prezidenti Barak Obama ilə seçimlərdə üz-üzə gələrkən yenildiyinə işarə edib. O, bu tarixçəni xatırlayarkən Hillari Klintonu xəstə cinsiyyət üzvünə bənzədib.
Bu açıqlama ABŞ-da çox böyük əks-sədaya səbəb olub. Lakin H.Klintonun mətbuat katibi Cenifer Palmieri mətbuata açıqlamasında deyib ki, Trumpa cavab vermək fikirləri yoxdur: “Biz Trumpa cavab verməyəcəyik. Qoy qadının bu şəkildə aşağılanmasını qəbul etməyən hər kəs ona cavab versin”.
Daim sərsəm açıqlamaları ilə gündəmə gələn tikinti maqnatı, dünya mətbuatında qadın alverçisi kimi lağlağı obyekti olan Donald Trump indiyə qədər hansısa bir sərsəmləməsinə görə bu qədər təzyiqə məruz qalmadığını bildirib.
Harvard Üniversitetinin alimi, dil araşdırmaçısı Steven Pinker “Washington Post”a verdiyi açıqlamada Trumpu cahil adlandırıb. O, eyni zamanda D.Trumpun keçmişini xatırladaraq onu qadın düşməni adlandırıb.
Abuzər