Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, zərərçəkmiş şəxslərdən X. Məmmədov, N. Məmmədov və O. Baxşəliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin isə müalicəsi davam etdirilir.
Prokurorluq və polis orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin və “Baklifttəmir” İstehsalat Birliyinin mütəxəssislərinin iştirakları ilə hadisə yerinə baxış keçirilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Cinayət işinin istintaqı nəzarətə götürülməklə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.(apa)
Interpress.az